Həvəskar snoubordçular arasında Heydər Əliyev kuboku

Allsport.az xəbər verir ki, qış idman növləri federasiyasının və “Şahdağ” turizm mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev kuboku çərçivəsində uşaqlar və böyüklərdən ibarət həvəskar snoubordçular arasında yarış təşkil edilib.

Yarışın keçirilməsinin əsas məqsədi ölkədə snoubord idman növünü təbliğ etmək və insanlar arasında bu idman növünə marağı artırmaqdır.

İdman tədbirində öncədən qeydiyyatdan keçən, 5 müxtəlif yaş kateqoriyası üzrə 50-ə yaxın həvəskar snoubordçu birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələri:

9-12 yaş qızlar arasında:
I yer – Leah Makkennel (Almaniya)
9-12 yaş oğlanlar arasında:
I yer – Kamal Bəşirli (Azərbaycan)
II yer – Rüstəm rüstəmli (Azərbaycan)
13-17 yaş oğlanlar arasında:
I yer – Osimi Van meir Joah ( Belçika)
II yer – Teoman Taysi (Türkiyə)
18-25 yaş qadınlar arasında:
I yer – Günay Cavanşir (Azərbaycan)
II yer – Daria Malaxova (Rusiya Federasiyası)
18-25 yaş kişilər arasında:
I yer – Krems Philipp (Almaniya)
II yer – Rasim Rızayev (Azərbaycan)
26-45 yaş qadınlar arasında:
I yer – Yekaterina Basheva (Rusiya Federasiyası)
II yer – Alla Kostina (Rusiya Federasiyası)
III yer – Fidan Axundova (Azərbaycan)

26-45 yaş kişilər arasında:
I yer – Şamil Jıqlov (Rusiya Federasiyası)
II yer – İltis Daniel (Çex Respublikası)
III yer – Seymur Qurbanov (Azərbaycan)
46+ yaş kişilər arasında:
I yer – Tomoyuki Okada (Yaponiya)
II yer – Azad Kabıyev (Azərbaycan)

Yarışın sonunda qaliblər “Şahdağ” turizm mərkəzi və qış idman növləri federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev kuboku fevralın 27-də uşaqlar arasında xizək yarışı üzrə davam etdiriləcək.

Həmin kateqoriyadan