Hacıyeva “Meşə yolu”nda yıxıldı, dünyasını dəyişdi

16 yaşlı rusiyalı xizəkçi Dinarə Hacıyeva vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, “Meşə yolu” düşərgəsində xizək rolleri ilə məşq zamanı aldığı zədədən sonra ölüb.

Hadisə zamanı yüksək sürət yığan xanım idmançı, müvazinətini qoruya bilməyərək yıxılıb. Onun başı yerə dəyib. 

Dinarənın başında müdafiə üçün dəbilqə olsa da, bu, onu xilas etməyib. Hacıyeva xəstəxanada dünyasını dəyişib.

O, Nijeqorod vilayəti yığmasının üzvü olub.

Həmin kateqoriyadan