Hakimlər Azərbaycan qran-prisində qalmaqalla bağlı “Uillyams”ın müraciətinə baxmaqdan imtina edib

“Uillyams” Azərbaycan qran-prisində bir neçə qalmaqala təkrar baxılması üçün müraciət etmişdi. Allsport.az saytı xəbər verir ki, komandaya stüardlardan rədd cavabı gəlib. Bu, yarış kollektivində şəraitin qiymətləndirilməsinə təsir edəcək prinsipial cəhətdən yeni və bugünədək bilinməyən faktların olmamasıdır.

Hakimlər ispaniyalı Fernando Alonsonun əzilmiş “Maklaren”də qaraja qayıtmasını təhlükəsiz və qaydalara zidd olmayan hərəkət hesab ediblər. “Haas”ın danimarkalı sürücüsü Kevin Maqnussenin 10-saniyəlik cəriməsi isə onun keçmişdəki eyni insidentləri və sanksiyaları nəzərə alınmaqla, hakimlər tərəfindən tutarlı cəza kimi qiymətləndirilib.

Azərtac.az-ın məlumatına görə, referilər ilk dairədə rusiyalı Sergey Sirotkin, Fernando Alonso və alman Niko Hyulkenberq (“Renault”) arasında baş vermiş insidentə də yenidən baxmaqdan imtina ediblər. Onlar bunu “Uillyams”ın göstərilən vəziyyətlə bağlı reqlamentdə ayrılmış müddətdə etiraz etməməsi ilə əlaqələndiriblər.

Həmin kateqoriyadan