Hansı küçələrdə zolaq daralacaq?

4-6 iyunda Formula-1 üzrə Azərbaycan qran-prisinə hazırlıq sürətlə davam edir.

Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqası əməliyyat şirkəti işlə əlaqədar olaraq, Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə (şəkildə qeyd olunan ərazidə) yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən 2 zolaq qədər daraldılacağını ictimaiyyətin diqqətinə çatdırır.

Sürücülərdən, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamamaq xahiş olunur.

Həmin kateqoriyadan