Herman Tilke: ABŞ-dan xüsusi təhlükəsizlik baryerləri gətirilib

“Formula-1 üzrə Avropa qran-prisinin başlanmasına beş həftə qalıb. Hazırlıqlar qrafikə uyğun olaraq davam edir. Ancaq qarşıda görüləcək işlərimiz var”. Allsport.az saytı xəbər verir ki, bu sözü məlum tədbirin Bakı treki layihəsinin müəllifi Herman Tilke bu gün təşkil olunan mətbuat konfransında bildirib. Trekin vaxtında hazır olacağını diqqətə çatdıran mütəxəssis deyib:

“Yola yeni asfalt qatının salınması prosesi artıq başa çatıb. Hazırda beton blokların və hasarların çəkilməsi davam edir. Hazırlığın yüksək standartlara cavab verməsi üçün burada peşəkar mütəxəssislərin əməyindən istifadə olunur. Bakı Şəhər Halqasında sərt döngələrin olduğunu nəzərə alaraq ABŞ-dan xüsusi təhlükəsizlik baryerləri gətirilərək trek ətrafında quraşdırılıb. Bu baryerlərdən digər qran-prilərdə də istifadə olunur. İlk dəfə olaraq, həmin baryerlərdən Fransada təşkil olunan Le-Man avtomobil yarışında da istifadə ediləcək”.

Həmin kateqoriyadan