Heydər Əliyev turnirinin 1/4 finalçıları ilə görüş

Allsport.az xəbər verir ki, bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin 1/4 finalçıları ilə görüş keçirilib. Gənclər və idman nazirliyi idman şöbəsinin müdiri Elnur Məmmədov turnirin qrup oyunlarının yekunları və finala hazırlıq barədə məlumat verib.

Gənclər və idman nazirliyinin təşkilatçılığı, Azərbaycan futbol federasiyaları assosiasiyası və Azərbaycan minifutbol federasiyasının dəstəyi ilə ötən il noyabrın 18-dən start götürən turnirdə 52 dövlət qurumu təmsil olunub. İlk dəfə olaraq dövlət qurumlarının iştirakı ilə təşkil edilən bu turnir böyük maraqla qarşılanıb. İlkin mərhələnin qrup oyunlarından sonra 32 komanda mübarizəni pley ofda davam etdirib. 16 komandanın iştirakı ilə keçən ikinci qrup mərhələsinin 8 qalibi isə aprelin 15-16-da 1/4 finalda yarışacaqlar.

Gərgin mübarizə şəraitində davam edən turnirdə yarımfinal qarşılaşmaları aprelin 30-da keçiriləcək. Qalib və mükafatçılar isə mayın 7-də məlum olacaq. Yekunda ilk 4 yeri tutan komandalara, müxtəlif nominasiyalar üzrə qaliblərə kubok və qiymətli hədiyyələr təqdim ediləcək.

Görüşdə qurumların nümayəndələrinin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Həmin kateqoriyadan