“Heydər Əliyev kuboku”nu hansı komanda qazandı?

Naxçıvan muxtar respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən “Heydər Əliyev kuboku” uğrunda futzal turnirini başa çatıb.

Allsport.az saytı xəbər verir ki, Naxçıvan gənclər və idman nazirliyi, Azərbaycan futbol federasiyaları assosiasiyası və Naxçıvan futbol federasiyasının birgə təşkil etdikləri həlledici görüşlər iyunun 30-u İlham Əliyev adına olimpiya idman kompleksində olub.

3-cü yer uğrunda görüşdə dövlət vergi xidmətinin təmsilçiləri 5:4 mədəniyyət nazirliyinin komandasına qalib gəliblər.

Finalda isə təhsil və ədliyyə nazirlikləri qarşılaşıblar. Baş mükafat uğrunda mübarizədə 1:1 hesabı qeydə alındığından qalib penaltilərdə məlum olub. Bu sıralamanı “ədliyyəçilər” daha yaxşı yerinə yetiriblər.

Mükafatları Naxçıvan muxtar respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Naxçıvanın nazirlər kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov və digərləri təqdim ediblər.

Əvvəlcə turnir ərzində fərqləndiklərinə görə Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev və Abbas Məmmədov nominasiya qalibləri kimi mükafatlandırılıblar.

Sonra isə ilk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və medallar, qalib komandaya isə “Heydər Əliyev kuboku” təqdim olunub.

Həmin kateqoriyadan