Heydər Əliyev adına idman konsert kompleksində buz meydanının açılışı olub

Allsport.az saytı xəbər verir ki, tədbirin əvvəlində qonaqlar və məktəblilər dövlət himnimizi birlikdə ifa ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Bildirib ki, buz meydanının məhz “Heydər Əliyev İli”ndə istifadəyə verilməsi təsadüfi deyil. Kompleksin əsası ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub.

Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib. Bu yaxınlarda isə gənclər və idman nazirliyi tərəfindən kompleksin əsas zalında buz meydançası qurulub.

Açılışda 2023-cü il qran pri və qış olimpiya festivalının iştirakçısı Səbinə Əliyeva nümunəvi çıxış göstərib.

Tədbirdə federasiya rəhbərləri, olimpiya və dünya çempionları, idman səfirləri və idman ictimaiyyətinin nümayəndələri, məktəblilər, eləcə də ahıllar evlərinin sakinləri iştirak ediblər.

Burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.

Həmin kateqoriyadan