Heydər Əliyevin 100 illiyinə beynəlxalq basketbol turniri yekunlaşıb

Allsport.az xəbər verir ki, Azərbaycan respublikası elm və təhsil nazirliyi və Azərbaycan basketbol federasiyasının birgə təşkilatçılığı ilə “Sərhədçi” idman mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin final oyunu baş tutub.

LDU (Rusiya) və “Aztu”nun (Azərbaycan) üz-üzə gəldiyi final oyununa LDU tələbələri sürətli başlayıblar və yekunda rəqibinə 82:58 hesabı ilə qalib gələrək beynəlxalq turnirin baş mükafatını qazanıblar. Beynəlxalq basketbol turnirinin bürünc mükafatlarına isə, 3-cü yer uğrunda oyunda ADBTİA (Azərbaycan) tələbələrinə 83:64 hesabı ilə qalib gəlmiş TTK (Türkmənistan) sahib olub.

Beynəlxalq basketbol turnirinin qalibi LDU-ya kuboku Azərbaycan respublikasının elm və təhsil Nazirinin müavini Firudin Qurbanov, “Aztu” kollektivinə gümüş medalları Azərbaycan respublikası elm və təhsil nazirliyinin şöbə müdiri Elnur Əliyev, TTK tələbələrinə bürünc medalları Azərbaycan basketbol federasiyasının icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər. Turnirin ən dəyərli oyunçusu ( LDU – Kiril Lenkin ) (MVP) mükafatını Azərbaycan texniki universitetinin prorektoru Rəşad Əliyev təqdim edib.

Həmin kateqoriyadan