Heydər Əliyevin 100-illiyinə 5 mart Bədən tərbiyəsi və idman günü

Ümummilli lider Heydər Əliyevin 100-illik yubileyinə həsr edilən 5 mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə tədbir keçirilib.

Allsport.az saytı xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxssislər bir araya gəliblər.

Tədbirdə qonaqlar Heydər Əliyevin Azərbaycan idman tarixindəki fəaliyyətindən və idmançılara göstərdiyi diqqət və qayğı ilə bağlı səmimi söhbət ediblər.

Sonda isə qonaqlar tarixi videomaterialları izləyərək keçmişə səyahət ediblər.

Həmin kateqoriyadan