“Honda” güc qurğusunun 3 yeni versiyasını hazırlayır

Avstriya qran-prisindən əvvəl “Honda” Fernando Alonso və Stoffel Vandornun maşınına güc qurğusunun təzə, üçüncü versiyasını qoymuşdu. Allsport.az saytı xəbər verir ki, yeniliklər sərbəst yürüşlərdə özünü yaxş göstərmişdi.

Amma Fernando yenə MGU-H generatorunda problem yaşadığına görə köhnə motora qayıtmalı olmuşdu.
Bu da göstərirdi ki, Honda motorun gücündə müsbət nəticəyə nail olsa da, etibarlılıq cəhətdən problemlər yerində qalır. Macarıstan qran-prisi isə hər iki sürücünün cari mövsümdə xal topladığı ilk yarış olmuşdu.

F-1.az xəbər verir ki, yaponlar güc qurğusu üzərində işləməyə davam edir və artıq Belçika mükafat yarışı üçün yeni versiyanın hazır olduğu bildirilir. Digər versiyalar isə Malayziya qran-prisində və mövsümün son yarışlarından birində təqdim oluna bilər. Bu barədə “Honda Motorsport”un rəhbəri Yusuke Haseqava “Marka” qəzetinə danışarkən bildirib.

Həmin kateqoriyadan