İBA çempionlar gecəsi: çəki və üz-üzə mərasimi

İBA çempionlar gecəsi: çəki və üz-üzə mərasimi

İBA çempionlar gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib. Allsport.az xəbər verir ki, İçərişəhərdə – Qız qalasının yaxınlığında təşkil olunan tədbirdə yarış iştirakçıları tərəziyə çıxıblar. Onlar ardınca üz-üzə gəliblər və bu, mərasimə qatılan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Dünyanın ən güclü boksçularının iştirakı ilə “Sea Breeze Resort”da baş tutacaq İBA çempionlar gecəsi iyulun 10-da keçiriləcək. Yarışda Sübhan Məmmədov (47,6 kq) Filippin təmsilçisi Riçard Qard, Tayfur Əliyev (60 kq) özbəkistanlı Xurşidbəy Rəsulcanov, Sərxan Əliyev (70 kq) qazaxıstanlı Nurdas Acbənov, Nəbi İsgəndərov (70 kq) rusiyalı Hikmət Qarayev, Səidcəmşid Cəfərov (72,6 kq) isə Belarus təmsilçisi Nikolay Veselovla üz-üzə gələcək. Döyüşlər 6 raunddan ibarət olacaq.

Digər görüşdə isə Çeyerav Aşalayev (Rusiya, 76,2 kq) Belarus təmsilçisi Mixail Dolqolevetslə üz-üzə gələcək. Bu qarşılaşma 8 raund davam edəcək.

İBA çempionar liqasl saat 19:00-da start götürəcək.

Həmin kateqoriyadan