“İdman Akademiyası” çempionluğa 1 addım da yaxınlaşdı

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 23-cu və 24-cü turların oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, mərkəzi görüşlərdə yalnız “İdman Akademiyası” büdrəməyib, çempionluğa digər iddiallar – “Təhsil” və “Dinamo” bir-birilərindən əvəz çıxıblar.

 23-cü tur

“İdman Akademiyası” – “Məhsul” 25:23 (13:13)
“Təhsil” – “Dinamo” 24:31 (10:25)
U-16 – “Bakı” 25:44 (10:22)

24-cü tur

“Məhsul” – “İdman Akademiyası” 20:32 (8:15)
“Dinamo” – “Təhsil” 22:25 (11:9)
“Bakı” – U-16 44:26 (16:15)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan