“İdman Akademiyası” növbəti ciddi rəqibi sıradan çıxardı

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 19-cu və 20-ci turların oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, mərkəzi görüşlərdə “İdman Akademiyası” çempionluğa digər iddialı “Təhsil”i hər 2 matçda yenib.

 19-cu tur

“Təhsil” – “İdman Akademiyası” 25:30 (13:17)
U-16 – “Məhsul” 18:44 (8:23)
RİOEUGİM – “Dinamo” – “Bakı” 25:47 (12:23)

20-ci tur

“İdman Akademiyası” – “Təhsil” 26:22 (12:10)
“Məhsul” – U-16 36:22 (18:9)
“Dinamo” – RİOEUGİM 48:17 (28:6)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan