İdman nazirliyi ölkədə inqilab hazırlayır. Əliyevlərin şəkilləri götürüldü, onların əleyhinə şüarlar səsləndi, ümummilli liderin…

Gənclər və idman nazirliyinin razılığı (GİN) və icarə müqaviləsi əsasında, 1-2 apreldə Sabunçu gənclər evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) ali məslisinin toplantısı və partiyanın sədri Əli Kərimlinin gənclərlə görüşü olub. “Azadlıq” qəzetinin Feysbuk səhifəsində bu hadisənin uzun illər sonra gerçəkləşdiyi yazılıb. Yığıncağın məhz GİN-in yeni qərəzli rəhbərliyinin (Fərid QayıbovMariana VasilevaElnur Məmmədov) dönəmində baş tutması təsadüf sayılmamalıdır. Çünki onlar da hakim Əliyevlərə müxalifdirlər. Adları son 2 çəkilən məmurlar bunu vəzifə başına keçən gündən açıq əməlləri ilə isbat edirlər. Məsələnin siyasi tərəfini ilə işim yoxdur. Mövqeyindən asılı olmayaraq, hər bir partiya dövlətin gözəl məkanlarında tədbir keçirmək hüququ var. Azərbaycan azad və demokratik ölkədir. Bunu prezident İlham Əliyev dəfələrlə bəyan edib.

Amma baş verənlər heç də ürəkaçan olmayıb, birmənalı qarşılanmayıb. Sabunçu gənclər evi istismara verilən müddətdə zalda yerləşdirilən Heydər və İlham Əliyevlərin portretləri toplantı ərəfəsində götürülüb, ümummilli liderin  divarda gənclərə nəsihəti olan barelyefin üstü örtülüb. Tarixin acı lətifəsinə baxın: onun 100-illiyi münasibəti ilə “Heydər Əliyev ili”ndə! Olmazdı ki, bölgədə və dünyada baş verən belə gərgin və çətin geosiyasi durumda ulu öndər, Azərbaycan Demokratik Respublikasının və “Müsavat” partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadə və Milli azadıq hərəkatının lideri, müstəqil Azərbaycanın 2-ci prezidenti Əbülfəz Əliyev (Elçibəy) ilə yeni Azərbaycanın dövlətçilik məktəbinin atası, ölkənin 3-cü prezidenti Heydər Əliyevin və onun layiqli davamçısı, 2-ci Vətən müharibəsinin qalib ali baş komandanı, dövlət başçısı İlham Əliyevin şəkilləri və tezisləri yanaşı olardı? Axı Əliyevlər həm də hakim partiyanın rəmzidir. 70 ildə SSRİ bizə Rəsulzadəni və İslamı unutdurmağa çalışsa da, bacarmadı. Özünə qayıdan Türk oğlu daha böyük oldu. İndiki şəraitdə Odlar yurduna birlik gərəkdir, nəinki parçalanma. Bölücülüyü Allah da sevmir və bunu Oxuda dönə-dönə vurğulayır.

Olanlara rəvac verən gənclər və idman nazirliyi öncədən tədbir görə bilərdi. Amma istəməyib, siyasi və mənəvi dəyərləri icarə puluna satıb. Aydın məsələdir ki, bunun arxasında bolqar məmur Mariana Vasilyeva dayanıb. Qeyri-Azərbaycanlının nəyinə lazımdır barış? Nazir müavini olan gündən qısa müdət sonra ümummilli liderin büstünü nazirliyin dəhlizindən götürtdürən, bir neçə ay sonra məcburiyyətdən geri qaytarıb bir küncdə yerləşdirtdirən, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox edən, bacarıqlı milli kadrları işdən uzaqlaşdıran, nazirliyi idman ictimaiyyətinin üzünə bağlayan, olimpiya mükafatçılarını ölkə başçısının sərəncamına qarşı qaldıran, amansız qisasçılıq edən, keçən ilin noyabrın 11-ində “Gülüstan” sarayında MOK-un 30-illik yubileyinə həsr olunmuş rəsmi mərasimə qatılmayan, nazirliyin əməkdaşlarını aşağılayıb məzələnən, 31 idman federasiyasının statusunu dayandıran, yalan görüntü yaradan, müstəqil medianın önündən qaçan, tənqidçi jurnalistlərin tədbirlərə çağırılmaması və beynəlxalq yarışlara qeydiyyata alınmaması tapşırığını verən, 2-ci Vətən müharibəsi qaziləri və idman veteranlarını tibbi reablitasiya instutunda müalicəsini təmin etməyən, Xocalı soyqırımı abidəsini önünə gəlməyən, Azərbaycan gimnastika federasiyası ilə bağlı tədbirlərdə ermənilərinə yer verən, ölkə idmanını darmadağın edib onu gülüş, əyləncə və ticarət sahəsinə çevirən, bir dəfə də olsun öz sosial hesablarında Laçın yolunda etiraz aksiyasından və Türkiyədə baş verən dəhşətli zəlzələdən paylaşım etməyən, qanı bizdən olamyan bir şəxsdən başqa heç nə gözləməyə dəyməz.

AXCP-in hər 2 iclası zamanı hökumətin daxili və xarici siyasəti pislənib, gənclər mübarizəyə səslənib. Müxalifət öz işini görüb. Amma heç şübhə yoxdur ki, həmin video görüntüləri Mariana ilə Elnur birgə baxıb, gizlincə gülüb sevinməsinlər. Bəlli olur ki, idman camiyəsində narazılıq yaratmaqla, onların vəzifəsi ictimaiyyəti dövlətə qarşı çevirməkdir. Bu gedişlə onlar çox şeyə nail olacaqlar. Heydər Əliyev irsinə satqınlıq edənlər, sabah yurd dışında Azərbaycanı sevməyən qüvvələrlə işbirliyinə də qadirdir. Yada bel bağlamaz olmaz. Sapı özümüzdən olan baltalar çoxdursa, ümumiyyətlə. İdman – dövlətin ayrılmaz siyasətidir, böyük ordudur. İdman kimi dövlətin rəmzlərini beynəlxalq aləmdə nümayiş etdirən ikinci bir vasitə yoxdur. Hakimiyyətin əsas özəyini parşalamaq, sındırmaq, incik salmaq “beşinci kolon”un işidir. Azərbaycan çox sınaqlardan çıxıb. Hər zaman Allahın əli üzərində olub. Qalib xalq istədiyi özünə qayıdıb “dəmir yumruq” ola bilir. Onda vay düşmənin halına…   

Sabunçu gənclər evi əvvəl və sonra

Həmin kateqoriyadan