İki çəkidə qızıl mükafatçılar

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında gənc oğlan ağırllıqaldıranların Azərbaycan birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, 55 kq-da toplam 215 kq (95+150) ilə Dəniz Cabbarlı qızıl, 162 kq (71+91) ilə Xəyyam Allahverdiyev gümüş və 160 kq (70+90) ilə Dəniz Bağırov isə bürünc medal qazanıb.

61 kq-da Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, cəmdə 240 kq (110+130) ağırlığın öhdəsindən gəlib. 202 kq (91+111) ilə Orxan İmanov 2-ci və 200 kq (94+106) nəticə ilə Ramiz Kərimova 3-cü yer tutublar.

Həmin kateqoriyadan