İlk F1 live festivalı Şanxayda

İlk dəfə 2017-ci ildə Londonda keçirilmiş F1 live festivalı mütəmadi hal alıb. Allsport.az saytı xəbər verir ki, artıq tədbir iri şəhərlərin mərkəzlərində əsl qran-pri ovqatı yaradıb. “Liberti Media” bu il şouları Şanxay, Çikaqo, Los-Anceles və Braziliyada keçirəcək.

Çində mövsümün ilk festivalı dünya çempionatı tarixində 1000-ci mükafat yarışlarına həsr olunacaq və aprelin 12-13-də şəhərin Sintyandi parkında təşkil olunacaq.

Tamaşaçıları dünya şöhrətli yerli və əcnəbi musiqiçilərin iştirakı ilə əyləncəli proqramlar, tanınmış ulduzlarla görüşlər, həmçinin nümayiş yürüşləri gözləyir. Festival günlərində təsnifat yarışlarını və yürüşləri böyük ekranda izləmək mümkün olacaq.

Həmin kateqoriyadan