İlk oyunda heç-heçə

Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

Allsport.az xəbər verir ki, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib.

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub.

Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.

Həmin kateqoriyadan