İrəvanda Azərbaycan bayrağına od vuran odur! Millimiz beynəlxalq yarışdan imtina edib geri dönür!

Xəbər verdiyimiz kimi, dünən İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb. Allsport.az saytının məlumatına görə, alçağlığı törədən şəxsin kimliyü bilinib. O, dizayner Aram Nikolyandır.

Mənfur düşmən beynəlxalq yarışın qeydiyyatından keçərək, Karen Dəmirçiyan adına idman-konsert kompleksində rəsmi keçiddə səhnədə qızın əlindən Azərbaycan bayrağını dartıb alaraq yandırıb və yüyüyərək zaldan çıxarıb. Mühafizəçilər onu tuta bilib. Sonra içəri yeni bayraq gətirilib.

Əldə etdiyimiz məlumata görə, milli komandamız çıxışına başlamayaraq, geri dönməyə qərar verib. Üzdəniraqların növbəti təxribatı edəcəkləri istisna olmadığı, beynəlxalq yarışda təşkilatçılıq aşağı səviyyədə təşkil edildiyi və Azərbaycan nümayəndələrinin təhlükəsizliyinə gerçəkdən zəmanət olmadığı səbəb göstərilib.

Həmin kateqoriyadan