İranə Əhmədova: Bu mövsüm formula1 könüllülərinin peşəkar inkişafına xüsusi diqqət yetirəcək

“Bakı Şəhər Halqası Akademiyası ötən mövsüm olduğu kimi, yenə könüllülər və əməkdaşlar üçün müxtəlif mövzularda təlimlər təşkil etməkdədir. Təşkilat bu dəfə könüllülərin peşəkar inkişafına xüsusi diqqət yetirəcək, Onlara gərəkli mövzularda müxtəlif seminarlar təşkil ediləcək”.

Allsport.az saytının məlumatına görə, bu sözü BŞH əməliyyat şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova Azərtac.az-a müsahibəsində deyib. O, bildirib ki, tədbirin hər biri həmin sahələr üzrə peşəkarlar tərəfindən aparılacaq.

Bundan başqa, könüllülərin yarışa hazırlığını təmin etmək məqsədilə müxtəlif təlim proqramları və iki dildə danışıq klubları təşkil ediləcək. Eyni zamanda, noyabrın 20-dən Akademiyada könüllülərin müsahibə prosesi təşkil ediləcək və seçilmiş könüllülər növbəti mərhələlərə dəvət şansı əldə edəcəklər.

 

Həmin kateqoriyadan