İsa Rüstəmovdan qızıl medal

Albaniyanın Dürres şəhərində gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə “Qartal” ağır atletika klubunun təmsilçisi İsa Rüstəmov ( 67 kq) körpücük üzərinə çıxıb.

O, yaşı 23-ə qədər olanlar arasında birdən qaldırmada 131 kq nəticə qızıl, təkanla qaldırmada 162 kq ilə eyni uğuru qazanıb.

Toplam 293 kq-ın (131+162) öhdəsindən gələn idmançımız baş mükafata yiyələnib.

Həmin kateqoriyadan