İspaniya portalı “Sinergy Baku”nun yeni transferlərindən yazıb

Mənzil-qərargahı İspaniyada yerləşən velosiped idmanı üzrə ixtisaslaşmış beynəlxalq “Biciciclismo.com” portalında “Sinergy Baku” komandasının yeni transferləri barədə məlumat yayılıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı qoşaçarxçılar Matiya Kvasina və Yosip Rumaçın 2016-cı ildən etibarən Bakı komandasında çıxış edəcəyini yazan müəllif, idmançıların fikirlərinə də yer ayırıb.

Adı ilk çəkilən velosipedçi deyib ki, o, “Sinergy Baku” kimi böyük komandada çıxış edəcəyindən çox məmnundur və əsas məqsədi “Tour d`Azerbaijan” yarışında uğurla çıxış etməkdir. Bildirilir ki, yeni transfer Markus Eybegerin Bakı komandasının heyətini tərk edəndən sonra yaranmış boşluğu dolduracaq.

Azərtac.az-in məlumatına görə, “Sinergy Baku” komandasının rəhbəri Devid Mekuey də yeni transferlərlə bağlı fikirlərini açıqlayıb və onlara böyük ümidlərin olduğunu deyib.

Həmin kateqoriyadan