İspaniyanın “AS” nəşri Azərbaycan futbolçularının uğurlu çıxışından yazıb

İspaniyanın məşhur “AS” idman qəzetində futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində uğurlu çıxışına dair məqalə dərc edilib.

Allsport.az saytı xəbər verir ki, “Prosineçki Azərbaycan millisi ilə Rusiya xəyalındadır” sərlövhəli yazıda, müəllif Aritz Qabilondo “ay-ulduzlular”ımızın dünya çempionatının ələməsinin ilk 3 turundakı uğurundan bəhs edin.

Həmkarımız, ispaniyalı azarkeşlərə “Real”da və “Barselona”da çıxışları ilə yaxşı tanış olan Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin fəaliyyətini uğurlu hesab etmək olduğunu qeyd edib. Yazıda milli komandamızın seçmə mərhələdə üç oyundan 7 xal toplamasının Avropa üçün gözlənilməz olduğu diqqətə çatdırılıb.

Həmin kateqoriyadan