- Baxış sayı: 18
- 05 May 2026 19:21
- Baxış sayı: 122
- May 04, 2026
- 0

“Prema Racing” komandasının italyan pilotu Antonio Covinatsi Bakıda Formula-1 Avropa qran-prisində GP2 seriyası üzrə ikinci yürüşdə (sprint) qələbə qazanıb. Allsport.az xəbər verir ki, onun nəticəsi 44:49.606 olub.
2-ci yeri onun komanda yoldaşı fransalı Pyer Qasli (+1.7), üçüncü yeri isə ART komandasından rusiyalı pilot Sergey Sirotkin (+4.1 saniyə) tutub.
Xatırladaq ki, bir qədər əvvəl sprintin 12-ci döngəsində kütləvi qəza olmuşdu. Hadisə nəticəsində 3 pilot mübarizəni dayandırmışdı.