IV turunun proqramı bəlli oldu

Allsport.az xəbər verir ki, həndbol üzrə Azərbaycan çempionatında turun 2 qarşılaşması dekabrın 2-də keçiriləcək.

Hər iki oyun qadınların mübarizəsində baş tutacaq. Lider “Qarabağ” “İdman Akademiyası” ilə qarşılaşacaq. “Bakı” isə “Azəryol”la münasibətlərə aydınlıq gətirəcək.

Turun digər qarşılaşmaları dekabrın 9-na təyin olub. Kişilərin mübarizəsində “Qarabağ”la “Bakı” arasındakı görüş turun mərkəzi oyunu hesab olunur.

Qeyd edək ki, bütün matçlar “AHF Arena”da keçiriləcək.
IV tur
2 dekar
Qadınlar
10:00. “İdman Akademiyası” – “Qarabağ”
12:00. “Bakı” – “Azəryol”

9 dekabr
Qadınlar
12:00. “Gənclərbirliyi” – “Kür”
Kişilər
12:00. “Azəryol” – “Kür”
14:00. “Qarabağ” – “Bakı”

Həmin kateqoriyadan