Ja Morant sosial mediada paylaşım etdiyi üçün komandadan uzaqlaşdırılıb

NBA komandalarından biri olan “Memfis Qrizzlis”, ulduz oyunçu Ja Morantı İnstagram canlı yayımında əlində silah olduğuna və bunu sosial mediada yayımladığına görə ən azı 2 oyundan uzaqlaşdırıb.

Allsport.az xəbər verir ki, ABŞ basketbol liqasının (NBA) komandası, NBA rəhbərliyinin hadisə ilə bağlı araşdırmaya başlamasından sonra basketbolçunu heyətdən kənarlaşdırmaq qərarını açıqlayıb.

Morant, ABŞ mətbuatına verdiyi yazılı şərhdə, “Hərəkətlərim üçün bütün məsuliyyəti öz üzərimə götürürəm. Ailəmdən, komanda yoldaşlarımdan, məşqçilərimdən, azarkeşlərdən, iş ortaqlarımdan, Memfis şəhərindən və klubumdan üzr istəyirəm” deyib. 

Həmin kateqoriyadan