Jan Alezi “Force India” sürücüsünün Bakıda fərqlənməsinə məəttəl qalıb

Sabiq Formula-1 pilotu Jan Alezi etiraf edib ki, “Force India”nın hazırkı rəqabət qabiliyyətlilik səviyyəsinə məəttəl qalıb. Allsport.az saytının məlumatına görə, bu komandanın sürücüsü Serxio Peres Bakıda 3-cü yeri tutub. Jan Alezi həmkarını tərifləyərək, onun yürüşü əla keçirdiyini qeyd edib. O, Sabiq “Force India”nın pilotu barədə bunu deyib:

“Şənbə günü səhər o, bolidini zədələmişdi. Yəqin ki, motivasiyası qismən bundan irəli gəlirdi. “Force India”nın bu cür yaxşı nəticələrə necə nail olması mənim üçün sirdir. Məhdud büdcəyə baxmayaraq, onlar həqiqətən möcüzələr yaradır. Bu, Formula-1də insan amilinə diqqəti artırır”.

Həmin kateqoriyadan