Jan Todt yenidən FİA-nın prezidenti seçilib

Həftəsonu Parisdə FİA-nın baş assambleyası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Jan Todt yekdilliklə növbəti dəfə prezident seçilib. O, 2021-ci ilə qədər bu vəzifəni tutacaq. Amma qaydaya görə daha talib ola bilməyəcək.

Fransalı mütəxəssis yığıncaqdan sonra ona etimad göstərən hər kəsə minnətdarlığını bildirib. Deyib ki, son 8 ildə gördüyü işləri uğurla davam etdirməyə çalışacaq. Jan Todt FİA-nı daha güclü və daha etibarlı təşkilat səviyyəsinə qaldırmağı hədəflədiyini söyləyib.

Həmin kateqoriyadan