Kevin Maqnussen: Bakı trası zövqvericidir, burada sürmək əyləncəlidir

“Haas” komandasının sürücüsü Kevin Maqnussen SOCAR Azərbaycan qran-prisinin mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı danimarkalı Bakıda rəqabətin özəl olduğunu deyib:

“Burada yarışmaq həyəcanvericidir. Dediyiniz kimi, indiyədək burada yarış zamanı çoxlu dramaya, təhlükəsizlik maşınının dəfələrlə trekə daxil olmasına və bunun kimi digər xüsusi məqamlara şahid olmuşuq. Görək bu il necə olur.

Bu il hamı ehtiyatla yanaşır və bunun nəticəsində sıxıcı yarış görə bilərik. Düzünə qalsa, dəqiq bilmirəm. Zövqverici trekdir, burada sürmək əyləncəlidir və əlbəttə ki, yarışmaq və ötmələr etmək baxımından geniş fürsətlərə sahib oluruq. Həqiqətən də yarışmaq üçün yaxşı məkandır”.

Həmin kateqoriyadan