KİV nümayəndələri arasında kartinq yarışı

KİV nümayəndələri arasında kartinq yarışı

Bu gün Bakı Şəhər Halqası əməliyyat şirkətinin təşkilatçılığı ilə paytaxtın kartinq mərkəzində KİV arasında yarış keçirildi. Allsport.az saytı xəbər verir ki, açılışda çıxış edən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məşhur sürücülərin yetişməsi üçün kartinqin vacib başlanğıc olduğunu bildirdi.

Ölkəmizdə Formula1-in yüksək səviyyədə təşkil olunduğunu xatırladan həmkarımız, jurnalistlər arasında kartinq yarışlarının mütəmadi keçiriləcəyini dedi, iştirakçılara uğurlar arzuladı.

Ötüşməyə 50-yə yaxın media əməkdaşı qatıldı. İlkin mərhələdən sonra 4 qrupda fərqlənən 10 nəfər finalda mübarizə apardı. Fərid Ramazanov (“İdman Azərbaycan”) 1-ci, Roman İsmayılov (“Azərtac.az”) 2-ci və Elçin Zodorov (“f-1.az”) 3-cü yer tutdular.

Həmin kateqoriyadan