Komanda yoldaşına hücum edən basketbolçuya cəza

Allsport.az xəbər verir ki, NBA-nın Qərb konfransı komandalarından “Minesota Timbervulvs”un basketbolçusu Rudi Qobert cəzalandırılıb. Buna səbəb onun “Nyu Orleans Pelisans”la görüşdə komanda yoldaşı Kayl Endersona yumruqla vurması olub.

Rudi hərəkətinə görə Kayldan üzr istəyib. NBA isə Qoberti 1 matçlıq cəzalandırıb. O, “Los Anceles Leykers”lə oyunu buraxacaq.

Həmin kateqoriyadan