Konor Makqreqoru maşın vurdu

Keçmiş iki-qat UFC çempionu Konor Makqreqoru velosiped sürərkən maşın vurub. Allsport.az xəbər verir ki, irlandiyalı idmançı yüngül xəsarətlərlə sağ qalıb. O, bu barədə paylaşım edib:

“Velosipedlə gedərlən məni maşın vurdu. Sürücünün günahı yoxdur. Onun gözləri günəşdən kor olub. O, tam sürətlə mənə tərəf gəlirdi. Allaha şükür vaxtım hələ gəlməyib. Güləş və cüdo sayəsində yıxılmaq həyatımı xilas etdi”.

Nik adlı sürücü Konoru vurduqdan sonra evə gətirib.

Həmin kateqoriyadan