Konor nə zaman qayıdır?

İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor Amerika MMA promosyonunda növbəti döyüşünü nə vaxt keçirməyi planlaşdırdığını deyib.

Allsport.az xəbər verir ki, o, tərəflər arasında danışıqların getdiyini vurğulayıb:

“UFC ilə müqaviləmin bitməsinə daha 2 döyüş qalıb. Hazırda danışıqlar aparıram. Mənim iştirakımla “Yol evi” filminin təbliği ilə bağlı işlər bitəndə, Müqəddəs Patrik gününün qeyd olunması başa çatanda özümü təcrid edəcəm. Və mən oktaqona qayıtmağa çalışacağam. Mən bunu həqiqətən istəyirəm. İndi 2024-cü ilin birinci rübündəyik. Qarşıda hələ ilin yaxşı hissəsi var”.

Həmin kateqoriyadan