“Könüllülərlər iş” kitabının təqdimatı. BCC akademiyası 2 həmkarımızı mükafatlandırdı

Bu gün BCC akademiyasında Formula1 Azərbaycan mükafat yarışının keçirildiyi müddət ərzində ən fəal könüllü və jurnalistlərin mükafatlandırılması olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə, eyni zamanda, “Könüllülərlər iş” kitabının təqdimatı baş tutub.

Bakı şəhər halqasının dəstəyi ilə çap edilən kitabda könüllülük fəaliyyəti, könüllü proqramının qurulması və könüllülərlə işin təşkili kimi məlumatlar öz əksini tapıb. BŞH-in əməkdaşları Tural HümbətovAtif Qəmbərovun müəllifi olduqları kitab həm könüllülər, həm də onlarla işləyən hər kəs üçün çox faydalı məlumat vasitəsinə çevriləcək.

Mükafatı alanlar sırasında BCC akademiyada illər ərzində aktiv olan könüllülərlə yanaşı, ATV-in jurnalisti Mahmud Rövşən oğlu və AzTV-in reportyoru Vasif Acalov da var.

Həmin kateqoriyadan