Kubokun növbəti yarımfinalçıları

Sərhədçi İdman mərkəzində, basketbol üzrə Azərbaycan kubokunun sonuncu qrup oyunları baş tutdu. Allsport.az xəbər verir ki, “Gəncə” və “NTD” komandaları qrupda ilk, “AAAF Xırdalan” və Neftçi” komandaları isə ikinci pilləni tutaraq yarımfinala vəsiqə qazanıblar.

Yarımfinal oyunları (“Gəncə” – “Neftçi”, “NTD” – “AAAF Xırdalan”) 25 mart tarixində baş tutacaq. “A” qrupu : “Sabah” – “AAAF Xırdalan” (82-85) Ən məhsuldar basketbolçular : “Sabah” (Kamran Məmmədov – 14 xal, 6 götürmə), “AAAF Xırdalan” (Devin Pulum – 25 xal, 7 ötürmə) “B” qrupu : “NTD” – “Zirvə Astara” (104-103) Ən məhsuldar basketbolçular: “NTD” (Londəl Kinq – 19 xal, 15 götürmə), “Zirvə Astara” (Ruşard Kruikşenk – 51 xal, 9 götürmə)

“A” qrupu : “Gəncə” – “Sərhədçi” (75-80) Ən məhsuldar basketbolçular: “Gəncə” (Əkbər Məmmədov – 20 xal, 25 götürmə), “Sərhədçi PİK” (Trevır Bləkmon – 16 xal, 1 götürmə) “B” qrupu : “Olimpik Şəki” – “Neftçi” (74-100) Ən məhsuldar basketbolçular : “Olimpik Şəki” (Larri Robinson – 24 xal, 7 ötürmə), “Neftçi” (Zaur Quşanov – 19 xal, 3 ötürmə)

Həmin kateqoriyadan