Kurtinaytisdən uğurlu debüt, “Neftçi”dən inamlı qələbə

Bu gün “Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasında (ABL) 13-cü turun 2 görüş baş tutub. Allsport.az saytı xəbər verir ki, ilk matçda “Sərhədçi” və “Sabah” klubları üz-üzə gəliblər.

Rimas Kurtinaytisin başçılığı ilə ilk oyununa çıxan çempionatın lideri rəqibi 96:71 qələbə qazanıb. Meydan sahiblərindən Cəbrayıl Əkbərov (15 xal, 4 götürmə), “Sabah”dan Desmond Kembric (18 xal, 7 ötürmə) fərqləniblər.

Günün 2-ci matçında yeni transferləri ilə güclənmiş “Neftçi” idman klubu superliqanın aşağı pillələrində qərarlaşan “Sumqayıt”ı 113-96 üstələyib. Ən məhsuldar basketbolçular: “Neftçi” (DiAncelo Styüart – 24 xal, 4 ötürmə), “Sumqayıt” (Lenard Dikson – 29 xal, 6 götürmə).

Həmin kateqoriyadan