Lənkəranda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib

Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin istifadəyə verdiyi sayca 6-cı olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.

Açılışda idman səfirləri Zaur Paşayev, Aliyə Paşayeva, tanınmış futbolçular Kamran Ağayev, Ruslan Abışov, Lənkəran şəhərində fəaliyyət göstərən müxtəlif idman növləri üzrə bölmələrin idmançıları və şəhər sakinləri iştirak ediblər.

Həmin kateqoriyadan