Las-Veqas gələn mövsüm Formula-1 təqviminə qayıdır

ABŞ-ın Las-Veqas şəhəri gələn mövsüm Formula-1 yarışına ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, qran-prinin noyabrda gecə saatlarında şəhər trekində keçirilməsi nəzərdə tutulub.

Trekin uzunluğu 6,12 km olacaq. Yol şəhərin ən böyük kazinolarının yerləşdiyi Las-Veqas-Strip bulvarından keçəcək. Bu, 1982-ci ildən sonra ABŞ-da 3-cü ötüşmə olacaq.

Hazırda bu ölkədə Mayami və Ostin mərhələləri də keçirilir. 1981-1982-ci illərdə də Las-Veqasda Formula-1 keçirilib.

Cari mövsüm Azərbaycan mükafat yarışı iyunun 10-12-də olacaq.

Həmin kateqoriyadan