LDU və AzTU finalda

Allsport.az xəbər verir ki, 1bu gün “Sərhədçi” idman mərkəzində, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turnirinin yarımfinal oyunları baş tutub.

İlk yarımfinal görüşündə LDU (Rusiya) rəqibi TTU (Türkmənistan) kollektivinə 106:65 hesabı ilə qalib gələrək ilk finalçı olub.

İkinci yarımfinal oyununda AzTU tələbələri ADBTİA komandasına 59:53 hesabı ilə qalib gəlib və ikinci finalçı olub.

15 may tarixində saat 12:00 -da 3-cü yer uğrunda oyun (ADBTİA – TTK), saat 14:30 -da isə final oyunu (LDU – AzTU) baş tutacaq.

Həmin kateqoriyadan