Lebron Ceymsin yeni biznes investisyası

Karyerası ilə yanaşı, sərmayələri ilə də gündəmə gələn Lebron Ceyms yeni biznesə qədəm basıb.

Allsport.az xəbər verir ki, o, “Starbucks”ın Ohayo ştatının Akron şəhərində filialını açır.

Doğma şəhərinə investisiya yatırmağa üstünlük verən Lebron qəhvə dükanından başqa bir neçə biznesini də təsis etdi. Amerikalı Akronda yaşayan insanları birləşdirmək və onlara töhfə vermək istəyir.

Aktiv basketbolçular arasında yeganə milyarder olan Lebron “Fenvay sports group”, “Sprill hill entertainment”, “Uninterrupter”, “Ladder” və “Blaze pizza” kimi markalarla əməkdaşlıq edib.

Həmin kateqoriyadan