- Baxış sayı: 42
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Allsport.az xəbər verir ki, “Xəzri”nin baş məşqçisi Murad Dikmən Azərbaycan basketbol liqasında “Xırdalan”a 105:84 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib:
“Rəqib çox yaxşı mübarizə apardı. Görüşə yaxşı köklənərək və müdafiədə inamlı oyun sayəsində qələbə qazandıq. Rəqibin 3-cü periodda ciddi müqavimət göstərəcəyini bildirdik. Buna görə də fasilədə komandamla danışıb, ona uyğun reaksiya vermələrini istədim.
Bu, çempionatdakı 5-ci qələbəmiz idi və bizim üçün çox vacib bir qalibiyyət oldu. Lider idik və belə də davam edirik. Növbəti matça köklənəcəyik. Oyunçularımı təbrik edirəm”.