- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Bu gün basketbol üzrə Azərbaycan çempionatında VII tura start verilib.
Allsport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
Turun açılış oyununda “Neftçi”, “NTD-İndiqo” ilə üz-üzə gəlib. Liderlərin duelində gözlənilən nəticə qeydə alınmayıb. Xaçmaz təmsilçisi rəqibini aşkar üstələyib. Bütün periodları qələbə ilə başa vuran “NTD-İndiqo” mövsümdə 5-ci qələbəsini qazanıb.