Öndərlərin görüşündə “Kür” üstün olub

Həndbol üzrə Azərbaycan çempionatında 3-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, hər iki oyun Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində baş tutub.

“Kür”ün qadınlardan ibarət komandası “Bakı” ilə görüşdə çətinlik çəkməyib – 48:8.

Kişilərin rəqabətində ilk 2 turda maksimum nəticə göstərən komandalar üz-üzə gəliblər. “Kür” meydan amilndən istifadə edərək, “Qarabağ”ı 27:20 üstələyib və vahid lider olub.

Həmin kateqoriyadan