“Los-Anceles Leykers” “Qolden Steyt”i üstələdi

“Los-Anceles Leykers” NBA-da növbəti oyununu keçirib.

Allspot.az xəbər verir ki, Los-Anceles klubu öz meydanında “Qolden Steyt”i qəbul edib. Görüş ev sahiblərinin 113:105 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblər arasında ən çox qol vuran 39 xal toplayan Entoni Devis olub. Carrid Vanderbilt 10 xal və 13 götürmə ilə dubl-dabl edib.

“Qolden Steyt”də ən yaxşı çıxışı aktivinə 27 xal yazan Stiven Karri edib. Kley Tompson 22 xal toplayıb.

Beləliklə, “Los-Anceles Leykers” son 3 oyunda 2-ci qələbəsini qazanıb. “Qolden Steyt” isə öz növbəsində 5 oyunluq qələbə seriyasına son qoyub.

Növbəti oyunda “Los-Anceles Leykers” “Memfis Qrizliz”lə, “Qolden Steyt” isə “Oklaxoma Siti” ilə qarşılaşacaq. Hər iki oyun martın 8-də baş tutacaq.

Həmin kateqoriyadan