Lüis Həmilton final ötüşməsində də qalib oldu

Formula1 üzrə dünya çempionatına həmişəki kimi Abu-Dabidə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, qələbəsini 2 mərhələ öncə rəsmiləşdirən Lüis Həmilton 21-ci qran-pridə də finişə 1-ci çatıb. “Mersedes”in üzvü bundan öncə Braziliyada keçirilmiş San-Paulu ötüşməsini də qazanıb.

“Ferrari”dən Sebastyan Fettel 2-ci, “Red Bull”un sürücüsü Maks Ferstappen 3-cü olub. “Maklaren”in ispan pilotu Fernando Alonso karyerasının son yürüşündə 11-ci yeri tutub.

Xatırladaq ki, o, ilk Bakı mükafat yarışının ulduz elçisi olub.

Həmin kateqoriyadan