- Baxış sayı: 42
- 05 May 2026 19:21
- Baxış sayı: 127
- May 04, 2026
- 0

Formula1 dünya çempionatı çərçivəsində Macarıstan mükafat yarışı sona çatıb. Allsport.az saytı xəbər verir ki, mövsümün 12-ci ötüşməsi Hunqarorinq avtodromunda baş tutub. Sürücülər 70 dövrə vurublar.
“Mercedes”in sürücüsü Lüis Həmilton cari rəqabətdə 7-ci qələbəsini bayram edib. “Red Bull”dan Maks Ferstappen finişə 2-ci, “Ferrari”dən Sebastyan Fettel 3-cü çatıb.
Komandalar 1 aylıq istirahətə yollanıblar. Sentyabrın 1-də Belçika qran-prisində Spa avtodromunda 44 dövrə olacaq.