Lüis Həmilton: Yarış zamanı çoxlu gözlənilməz hadisələr işimə yaradı

Azərbaycanda 3-cü dəfə keçirilən Formula1 qran-prisini “Mersedes”in sürücüsü Lüis Həmilton qazandı. Allsport.az saytı xəbər verir ki, 4-qat dünya çempionu yarışda sonra mətbuat konfransında bunu deyib:

“Düzünü desəm, bütün həftəsonu mənim üçün çətin keçdi. Xüsusilə son iki yarış. Bəhreyndə təkərlərlə bağlı problem yaşamışdım. Bugünki nəticəyə görə sevinməliyəm. Yarış çaşdırıcı idi, nə baş verəcəyini proqnozlaşdırmaq mümkün deyildi. Təhlükəsizlik maşını trekə daxil olurdu, xeyli mövqe itirirdim.

Bu trekdə hər şey ola bilər. Əsas məsələ başını aşağı salıb sona qədər mübarizə aparmaqdır. Yarışı birinci başa vurdum. Düzü, buna inana bilmirdim. “Ferrari”ni arxada qoymuşdum. Diqqətimin yayınmaması və yarışa beləcə başa vurmaq üçün dua edirdim. Yarış zamanı çoxlu gözlənilməz hadisələr baş verdi.

Yaranmış vəziyyət işimə yaradı. Qələbə qazandım, ancaq hələ də turnir cədvəlində rəqiblərimizdən geridəyik. Hal-hazırda üstünlük Kimi və Sebastiandadır. Bolidlərimiz əla vəziyyətdədir. Ancaq onu daha da təkmilləşdirməli və idarəni asanlaşdırmalıyıq.

Həmin kateqoriyadan