Lüis Həmilton yenə 1-ci oldu. “Red Bull Xonda”dan ilk dubl

Bəhreynin Sahir trasında Formula1 dünya çempionatının 14-cü mərhələsi sona yetib. Allsport.az saytı xəbər verir ki, 57 dairənin yekununda yenə Lüis Həmilton 1-ci olub.

“Mersedes”in sürücüsü finişə 2: 59:47.515 saniyəyə çatıb. O, İstanbul qran-prisində də fəxri kürsünün ən yüksək pilləsinə çıxmışdı. Bununla da 7-qat dünya çempinu olmaqla, əfsanəvi Mixael Şumaxerin rekordunu qırmışdı.

Digər yerləri “Red Bull Xonda”nın pilotları tutublar: Maks Ferstappen 2-ci, Aleksandr Albon 3-cü olub.

Növbəti ötüşmə 1 həftə sonra Bəhreydə, Sahirə Sahir (qısa) trasında olacaq.

Həmin kateqoriyadan