Məhəmmədəli Məmmədzadə 1 qızıl və 2 gümüş medal qazandı

Allsport.az xəbər verir ki, 1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.

Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də olub.
Körpücük üzərinə son olaraq Məhəmmədəli Məmmədzadə çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.

“Göyəzən” ağırlıqqaldırma klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-nı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Məhəmmədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib.

O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib.

Həmin kateqoriyadan