- Baxış sayı: 43
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

2022 -ci il ABŞ -da basketbol sevərlərə təqdim olunmuş “Hustle” filminin setində, “Neftçi” basketbol klubunun yeni transferi Toraje Breyk də iştirak etmişdir.
Allsport.az xəbər verir ki, oyun qurucu mövqeyində çıxış edən Toraje Breyk, həmin filmin “draft combine” səhnəsində bir sıra tanınmış NBA ulduzları ilə eyni səhnəni bölüşüb. Qeyd edək ki, “Sent Piters” universitetinin məzunu olmuş Toraje Breyk, “Neftçi” dən əvvəl “Tor” (İslandiya) və “Ridinq” (ABŞ) klublarında çıxış edib.
Bakıya gəlişindən məmnun görünən oyunçu, bu mövsüm komandasının uğur qazanması üçün əlindən gələnin ən yaxşısını edəcəyinə də söz verib.